Ermənistanı “Eurovision”da bakılı təmsil edə bilər

ermenistani-eurovisionda-bakili-temsil-ede-biler
Oxunma sayı: 650

Ermənistanı Bakıda keçiriləcək “Eurovision-2012” musiqi yarışmasında müğənni Lusina Mun təmsil də bilər. ANS PRESS-in Ermənistan mətbuatıəna istinadən verdiyi məlumata görə, müğənni artıq Ermənistan İctimai teleradio kompaniyası tərəfindən yaradılmış komissiyaya öz mahnısını iki müxtəlif versiyada təqdim edib. Yayılan xəbərlərə görə, komissiya üzvləri Lusina Munun mahnısını bəyəniblər.
Xatırladaq ki, Lusina Mun hazırda ABŞ-da yaşayır. O, Bakı şəhərində doğulub.