Ermənistanın kasıb prezidenti

ermenistanin-kasib-prezidenti
Oxunma sayı: 655

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbər görə, Serj Sarkisyanın Xankəndində sahəsi 96 kvadrat metr olan şəxsi mənzili və 1992-ci istehsalı olan “Mitsubişi Montero” avtomobili bütün daşınar və daşınmaz əmlakını təşkil edir.

MSK tərəfindən təqdim edilən sənədə əsasən, prezidentin rəsmi illik gəliri 3 milyon 898 min 800 dram - təxminən 10 min dollar təşkil edir. Bu məbləğ Ermənistanın yüksək vəzifəli dövlət məmurları ilə müqayisədə ən yüksək göstərici hesab edilmir. Məsələn, Milli Təhlükəsizlik Şurasının katibinin məvacibi prezidentin gəlirlərini kifayət qədər ötür.

Lakin dövlət başçısının gəliri yalnız əmək haqqının yol ilə alınan məvaciblə məhdudlaşdırılmır, üstəlik prezidentin aylıq əmək haqqı ödənişlərinə bərabər səviyyədə 2 milyon 45 min 89 dram məvacib də ödənilir. Bundan başqa, Sarkisyan verilən kreditlərdən gələn faizlər üzrə 8 milyon 740 min dram alır.

Bəyannamənin təqdimatına qədər Sarkisyanın maliyyə durumu 105 milyon 600 min dram, yəni 270 min dollar təşkil edirdi.

Nəzərə alsaq ki, orada səhmlərin və investisiyaların digər növləri haqqında qeyd olunmur. Lakin prezidentin 18-20-ci əsrlərə aid olduğu bildirilən müxtəlif qiymətli antikvar əşyalara sahib olduğu göstərilir.

Sarkisyan, həmçinin erməni rəssamlarının 32 sayda kolleksiya işlərinə sahibdir. Bununla yanaşı, Sarkisyan ən varlı respublikaçı hesab edilmir. Belə ki, bu partiyadan olan eks-spiker Ovik Abramyan və baş nazir Tiqran Sarkisyanın əmlak və gəlirləri prezidentin göstəricilərini qabaqlayır.

Səidə