Ərzaq dükanlarından oğurluq edən şəxs yaxalandı

erzaq-dukanlarindan-ogurluq-eden-sexs-yaxalandi
Oxunma sayı: 706

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polisin əlinə keçən 35 yaşlı Sumqayıt sakini Sadıxov Mirsadıx Əliağa oğlu gecə saatlarında vətəndaşlara məxsus dükanlara girərək, pul, danışıq kartları və digər qiymətli bilinən əşyaları aparmaqda təqsirli bilinib. Onun əməlindən hazırda üç vətəndaşın zərər gördüyü təsdiqlənsə də, Yasamal rayon polis idarəsinin istintaqçıları bu rəqəmin arta biləcəyini də istisna etmir.

Saxlanılan Mirsadıx Sadıxov dükanların plastik qapılarını vintaçanla aralayaraq açdığını, girdiyi yerlərdə daha çox pul və kontur axtardığını bildirib.

Yasamal RPİ-nin baş müstəntiqi Əli Məmmədov isə saxlanılan şəxsin pul və konturla yanaşı siqaret, televizor, kamera və kompüter də götürdüyünü deyib

Faktla əlaqədar Yasamal rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar göstərir ki, Mirsadıx Sadıxov Yasamal rayonundan başqa Binəqədi rayonu ərazisində də oğurluq törədib. Həmin dükana ciddi ziyan vurmayan Sadıxov buradan bir neçə şokolad aparıb.

ANS TV