Beş Avropa ölkəsi Quaydoya 18 milyon dollar ayırdı

bes-avropa-olkesi-quaydoya-18-milyon-dollar-ayirdi
Oxunma sayı: 901

Beş Avropa ölkəsi venesuelalı müxalifətçi Xuan Quaydoya humanitar yardım alması üçün 18 milyon dollardan çox vəsait ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi özünün tvitter hesabında məlumat verib və həmin ölkələrin adlarını açıqlayıb. 

Quaydo öz növbəsində yüz minlərlə venesuelalının həyatı üçün apardığı mübarizədə ona dəstək olduqları üçün İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya və Fransaya təşəkkürünü bildirib. 

Qeyd edək ki, özünü daha əvvəl ölkənin müvəqqəti prezidenti elan edən Quaydo Venesuelanın 23 fevraldan humanitar yardım alacağını bildirmişdi.