Beş aya səkkiz milyard manat...

bes-aya-sekkiz-milyard-manat
Oxunma sayı: 2264


“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, büdcədən 7.4 milyard manat vəsait xərclənib və 654.5 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.8 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 3.5 milyard manatı və ya 47.2 faizi iqtisadiyyatın inkişafına, 837.3 milyon manatı (11.4 faizi) sosial müdafiə və sosial təminata, 717.6 milyon manatı (9.7 faizi) təhsilə və səhiyyəyə yönəldilib. Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği iyun ayının 1-nə 16.6 milyard manata çataraq ötən ilin iyun ayının 1-nə nisbətən 23.8 faiz artıb. Verilmiş kreditlərin 13.0 milyard manatı uzunmüddətli olmuş, 905.0 milyon manatının ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 12.8 faiz artaraq iyun ayının 1-nə 6.6 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.4 milyard manat olub. İyun ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.07 manata, 100 Rusiya rublu 2.28 manata, yanvar-iyun aylarında isə müvafiq olaraq 0.78, 1.08 və 2.24 manata bərabər olub.