Beş ayda 19 milyardlıq istehsal

bes-ayda-19-milyardliq-istehsal
Oxunma sayı: 1127

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artmış, neft sektorunda isə 0,3 faiz azalıb. 

Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.