Beş ayda 9657 nəfər münasib işlə təmin olunub

bes-ayda-9657-nefer-munasib-isle-temin-olunub
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib. Nazir bildirib ki,
son illərdə Bakıda, Naxçıvanda və Göyçayda yaradılan Regional Peşə Tədrisi Mərkəzləri bu sahədə əsas maddi-texniki baza kimi geniş imkanlara malikdir və gələcəkdə ölkənin digər regionlarında da belə mərkəzlərin yaradılması nəzərdə tutulur: “Qeyd olunan dövrdə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən 1544 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Cari ilin 5 ayı ərzində ölkənin 4 rayon və şəhərində keçirilmiş “əmək yarmarkalarında” 105 müəssisədən 739 boş iş yeri təqdim olunub və 218 nəfər münasib işlərlə təmin olunublar. 26 nəfər peşə hazırlığı kursuna, 33 nəfər isə ictimai işlərə cəlb olunublar. Respublika üzrə 61100 nəfər şəxs peşəyönümlü məsləhətlərə cəlb edilib”.

Nigar Məmmədli