Beş ayda beş milyondan artıq cərimə

bes-ayda-bes-milyondan-artiq-cerime
Oxunma sayı: 650

“2017-ci ilin yanvar-may ayları ərzində vergi nəzarəti tədbiri keçirilmiş 1042 obyektdən 942-də pozuntu faktları aşkar edilib, 32 milyon 936,1 min manat həcmində uçotdan gizlədilmiş pul vəsaiti, 41 milyon 99 min manat məbləğində uçotdan gizlədilmiş mallar aşkar edilərək həmin vergi ödəyicilərinə ümumilikdə 5 milyon 454,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib. O, bildirib ki, nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması üzrə hesabat dövründə 55 obyektdə keçirilib vergi nəzarəti tədbirləri nəticəsində 31 obyektdə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilərək, pozuntuya yol vermiş vergi ödəyicilərinə 119,9 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Qeyri-rəsmi məşğulluq və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması istiqamətində vergi orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 555 obyektdə aparılmış vergi nəzarəti tədbirləri nəticəsində 329 obyekt üzrə 1987 nəfər şəxsin müvafiq qaydada rəsmiləşdirilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub. Nəzarət tədbirlərinin nəticələrinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində 1 milyon 735 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Vergi ödəyiciləri bilməlidirlər ki, vergi əməliyyatlarında şəffaflığın təmin edilməsi qısamüddətli bir kampaniya deyil, ölkə iqtisadiyyatının davamlı inkişafının əsas şərtlərindən biridir və bu məsələ daim vergi orqanlarının diqqət mərkəzində sax¬lanılacaq, uçotdan kənar əməliyyatların qarşısını almaq üçün ən ciddi tədbirlər görüləcək”.