Beş aylıq hamilə müğənnimiz danışdı

bes-ayliq-hamile-mugennimiz-danisdi
Oxunma sayı: 1277

Milli.Az xəbər verir ki, bu il iyunun 11-də gəlin köçmüş tanınmış estrada müğənnisi Xatirə İslam hamiləliyinin beşinci ayını yaşayır.

Əməkdaşımızla telefon söhbəti zamanı xoş anlar yaşadığını gizlətməyən Xatirə səhhətinin normal olduğunu söylədi:

"Əslində bu barədə danışmağa bir az utanıram. Ayda bir dəfə həkim nəzarətindən keçirəm. Sırf pərəstişkarlarım narahat olmasınlar deyə, məlumat verirəm ki, həm özümün, həm də bətnimdəki körpəmin səhhəti yaxşıdır. Qızımın, yoxsa oğlumun olacağını isə söyləmək istəmirəm. Bunu hələlik kiçik bir sirr kimi saxlamaq istəyirəm. İnşallah, doğulanda hamı biləcək. Bəzi məhrumiyyətlərim var. Bir aydır ki, el şənliklərinə getmirəm. Ev şəraitində istirahət edirəm. Allah-Təaladan bütün qızlarımıza gəlin köçüb, keçirdiyim hissləri yaşamaqlarını arzulayıram".