Beş erməni hərbçisi öldürüldü - Cəbhədə atışma

bes-ermeni-herbcisi-olduruldu
Oxunma sayı: 1170

Dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumata Azərbaycan Müdafiə Nazirliyindən reaksiya gəlib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış  daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.