Beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb

bes-kiloqramdan-cox-narkotik-vasite-askarlanib
Oxunma sayı: 1311

Mayın 29-da ölkə ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini Cəmil Əliyev Gürgan qəsəbəsi ərazisində saxlanılıb. Ondan nömrəsi silinmiş “Revolver” tipli tapança, 4 ədəd patron, həmçinin əlindəki paketdə çəkisi 2 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb. Əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Qax rayonunda saxlanılan Qıpçaq kənd sakini Pərviz Osmanlıdan isə 2 kiloqram 815 qram marixuana aşkar edilib.

Pirşağı qəsəbə sakini Habil Əminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Murad Əhməd