“Beş mərtəbə” ləğv edildi - Sürücülərin diqqətinə+Foto

bes-mertebe-legv-edildi
Oxunma sayı: 645

“Azəravtayol” ASC sürücülərə xəbərdarlıq edib. 

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir. Artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.