Beş ölkənin axtardığı cinayətkar Gürcüstanda tutuldu

bes-olkenin-axtardigi-cinayetkar-gurcustanda-tutuldu
Oxunma sayı: 1366

İnternet vasitəsilə minlərlə şəxsə qarşı dələduzluq edən hakerlərdən ibarət cinayət şəbəkəsinin lideri Gürcüstanda ələ keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 40 min nəfər istifadəçinin 100 milyon dollarını mənimsəyən “None” ləqəbli A.K və “Phantom” ləqəbli köməkçisi M.K. saxlanılaraq Tbilisi şəhər məhkəməsinə aparılıblar. Cinayətkar dəstə iki ildir Gürcüstan, Almaniya, ABŞ, Ukrayna və Moldovanın işbirliyi ilə beynəlxalq axtarışda idi.

Şəbəkə üzvləri “GozNym” proqram təminatı vasitəsilə kiberhücumlar sayəsində hüquq firmalarının, beynəlxalq şirkətlərin və qurumların külli miqdarda gəlirini mənimsəyib. Şəbəkənin 5 rus üzvü isə hələ də axtarışdadır.