Əsadın dayısı İsrail

esadin-dayisi-israil
Oxunma sayı: 665

Əminəm Suriyada baş verənlər, daha doğrusu Bəşar Əsad rejiminin üsyana qalxan vətəndaşlarla dəhşətli davranışı bir çoxlarının diqqətini çəkib. Təbii ki, əldə olunan həvəskar görüntülərdən. Və əminən bu görüntülərə baxan hər kəsin dəhşətdən qanı donub. Heç sir deyil ki, bu görüntüləri mütləq dünyanın demokratiya və “əsayiş polisləri” super güc dövlətlərin başında duranlar da görüblər. Özüdə bizim görə bilmədiyimiz digər detalları ilə birgə... Bəs nə üçün Liviyada konkret silahlanmış, rejimə qarşı qalxan qüvvələrlə döyüşə başlayan Qəddafiyə gecə ilə bombalar yağdıran, üsyançılara hər cür maddi-mənəvi dəstək verən bu şəxs və dövlətlər, Əsada gəldikdə yalnız quru bəyanatlarla, notalarla kifayətlənirlər?! Axı məqsəd dinc insan qətliamının önünü almaqdırsa Liviyada olanlar Suriyada olanların yanında sönük qalır?! Əslində sualımın yersiz olduğunu hamı kimi mən də çox gözəl bilirəm. Həmçinin mənim kimi hər kəsin də səbəblərdən azdan-çoxdan xəbərdar olduğunu anlayıram. Amma yenə də müəyyən məsələlərə diqqət yetirsək pis olmaz.

Ondan başlayaq ki, Əsad rejimi İsrail ilə nə qədər konfliktli görsənsə belə, əslində İsrailə yetəri qədər sərf edir. İlk öncə ona görə ki, Bəşar Əsadın təmsil etdiyi rejim Suriya əhalisinin 20 faizini təşkil edən alavi-musəvi əhaliyə söykənir. Alavilər isə olduqca qarışıq inanc və mədəniyyətə malik toplumdurlar. Belə ki, onlar ilk baxışda ələvi-şiə kimi qəbul olunsalar da onların inanc sistemində yəhudi-musəvi elementləri daha çox üstünlük təşkil edir. Qısaca qeyd etsək onlar peyğəmbər olaraq Musanı, imam olaraq Əlini qəbul edirlər. (Özünüz araşdırın). Həmçinin bu topluluq Suriyadakı digər topluluqlarla da yola getmir. Müsəlman-sünni, şiə və nəsrani-xrisdianlardan fərqli olaraq yəhudilərə loyaldırlar, potoloji nifrət bəsləmirlər. Əlavə olaraq Əsad iqtidarı sünni-müsəlmanları basqı altında saxlayaraq onların digər müsəlman sünni-ərəblərlə də birləşmələrinin qarşısını alır. Nəticədə ilk öncə İsrailin, sonra isə Qərbin regiondakı maraqlarına xidmət edən tarazlığı saxlayır. Daha sonra isə, son zamanlar AKP hökumətinin apardığı uğurlu, “qonşularla sıfır problem” siyasəti nəticəsində Türkiyə ilə münasibətlərinin normallaşmasına baxmayaraq, Suriya İsrail üçün Türkiyəyə qarşı qalxan rolunu da oynayır. Türkiyə ilə İsrail arasında baş verə biləcək isdənilən hərbi konfliktdə Suriyanın neytral qalma şansı olmayacaq. Həm də bu zaman Suriyanın davranışı İsrailin lehinə olacaq. Bütün bu nüansların nəticəsidir ki, illərdir başda ABŞ olmaqla əksər Qərb dövlətləri ilə kəskin münasibətləri olan Əsad rejimi rahatca ayaqda qalır. Özü də, ABŞ-ın əsas düşməni İranla mütdəfiq olmasına baxmayaraq. Əslində Suriyanı ABŞ-la konfliktli edən də məhs İsrailin ərazi iddialarına qarşı İranla yaxınlıq etməsidir. Amma bütün bu dolaşıq situasiyaya baxmayaraq Əsad rejiminin dəyişməməsinin ən böyük maraqlı tərəfi, dolayı yolla İsrail və yəhudi lobbisidir... Bu səbəbdəndir ki, Qərb, xüsusi ilə də ABŞ Suriya hökumətinə qarşı uzun illərdir yalnız və yalnız bəyanatlar və qınamalarla yetinməyə məcbur olur. Müəyyən real iş görülməsi üçün ortaya çıxan situasiyalarda isə, gizli “yəhudi əli” bu vəziyyəti nəzarətə götürür. Məhs bu günlərdə olduğu kimi...

Başda ABŞ olmaqla Qərb artıq İsrail üzərindən regiona nəzarət imkanlarının getdikcə daha çox imkansız olduğunu anlamış olacaq ki, indi onların arasında elədə çox sezilməyən, amma yetərincə ciddi ziddiyyətlər ortaya çıxıb. ABŞ regionun tam demokratikləşdirilməsi tərəfdarı olsa da İsrail buna gizli olaraq mane olur. İsrail ilə Qərbin arasındakı gizli konfliktin alovlanmasında Türkiyənin də rolu böyükdür. Ərdoğan hökumətinin apardığı siyasət sıravi ərəblərin belə Türkiyəyə qurtarıcı gözü ilə baxmasına gətirib çıxarıb... Artıq Qərb bölgədə Türkiyəsiz düzən qura bilməyəcəyi faktı ilə barışmağa məhkum olub. Bu üzdən də İsrail ilə heç bir açıq konfliktdə maraqlı olmayan ABŞ, Türkiyənin əli ilə müəyyən məsələlərin həllinə maraqlıdır. Bütün bu olanlar Türkiyənin iddiaları ilə də tam üst-üstə düşür. Türkiyənin məqsədi yaxın gələcəkdə, regionda öz tarixi nüfuz dairəsini bərpa edərək, bütövlükdə regionun təmsilçisi kimi Qərblə bərabərhüquqlu əməkdaşlıq imkanı qazanmaqdır. Bu zaman isə görünən odur ki, İsrailə elə də böyük ehdiyyac qalmır. Bu üzdən də Qərb dövlətlərinin apardığı siyasət ona xidmət edir ki, müəyyən situasiya yetişsin və Türkiyə ordusu xalqı qətliamdan xilas etmək üçün Suriyaya daxil olsun. Bu isə nəticədə İsrail ilə qarşıdurma deməkdir. (PKK-nın son addımlarının səbəbi (13 şəhid və s.) də məhs bu proseslərdir. Çünki PKK-nın həm də İsrailin əlində Türkiyəyə qarşı bir silah olduğu artıq məlumdur. Əlavə olaraq “Mavi Mərmərə” məsələsində İsrailin geri addım ataraq üzr istəməyə meyilli olması da beynəlxalq aləmdə mövqelərinin əvvəlki kimi möhkəm olmadığını gösdərir.)

Bir sözlə Suriyada demokratikləşmənin, daha dəqiq desək Əsad rejiminin zülümlərinin bitməsinin ən böyük əngəli məhs İsrail və yəhudi lobbisidir. Bu üzdən də illərdir bu rejimin etdikləri sadəcə və sadəcə qınanmalarla və bəyanatlarla ötüşdürülərək heç bir ciddi tədbirlər görülmədən davam edir. Amma göründüyü kimi reallıq artıq tamam fərqlidir. Gedişat Türkiyənin istədiyi, həm də artıq Qərbin maraqında olduğu istiqamətə doğru sürətlə dəyişir...