“Bəsdir, ailəmə dil uzatmayın...”

besdir-aileme-dil-uzatmayin
Oxunma sayı: 4446

Azərbaycanın tanınmış aktrisası Xuraman Əlizadə instaqramda artıq çəkisini tənqid edənlərə cavab verib. “Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkə istifadəçilərinin ailəsi barədə yazdığı şərhlərə də sərt reaksiya verib:

“Bu fotonu niyə paylaşıram? Bir dəfə mənim çəkimə, ailəmin ünvanına xoşagəlməz söz deyənlər ibrət götürsün deyə video çəkib paylaşdım. Amma mənliyi, şərəfi bir qəpik olanlar ( söhbət artıq çəkimi lağa edənlərdən gedir) yenə yazırlar. Xoşbəxt olmaq arıqlığa, köklüyə baxmır. Mənim qədər başınıza daş düşsün. İnsanın bir vicdanı olar. Evimi, bişirdiyim yeməkləri, dırnaqlarımı, qab-qacağımı lağa qoyursuz. Mənim şəxsiyyətimə, ailəmə dil uzatmayın. Utanırsız? Bəsdir! Hərdən başını qaldırıb yuxarı baxın, Allahı tanıyın”. 

Qeyd edək ki, X. Əlizadə Samir Bayramovla evlidir. Cütlüyün bu nikahdan bir oğlan övladı var.