“Əsəbi olanda kimi isə vura bilərəm”-Etiraf

esebi-olanda-kimi-ise-vura-bilerem-etiraf
Oxunma sayı: 663

"Ümumiyyətlə, mən çox səbrli bir insanam. Çalışıram ki, hər şeyə əsəbləşməyim. Lakin mənə və yaxud kiməsə haqsızlıq ediləndə buna dözməyə artıq səbrim çatmır. Haqsızlıq məni özümdən çıxara bilər, çünki bu dəfələrlə olub.

Əvvəllər çox əsəbi idim, lakin yaşa dolduqca başa düşdüm ki, hər şeyə əsəbləşmək olmaz. Lakin indinin özündə də səbr kasam daşanda artıq oluram başqa Günel. Ona görə də məni əsəbləşdirməyi heç kimə məsləhət görməzdim. Düzdür, çox nadir hallarda özümdən çıxa bilərəm. Ən çox da bir insanı neçə nəfər təkləyirsə, onda çox əsəbləşirəm", - Günel Ələkbərova dedi.

Azərbaycanlı müğənni "Əsəbi halda kimisə vura bilərsinizmi?" sualına isə belə cavab verdi:

"Əsəbi olanda kimi isə vura bilərəm. Hətta vurmuşam da. Lakin bu əvvəllər olub. İndi başa düşmüşəm ki, özümü o səviyyəyə sala bilmərəm", - G.Ələkbərova dedi.