Əsəd müharibə anonsu verdi

esed-muharibe-anonsu-verdi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, Əsəd yeni kabinetin andiçmə mərasimində çıxış edib və Suriyanın sözün əsl mənasında bir müharibə vəziyyəti yaşadığını bildirib. Prezident müharibə şəraitində bütün siyasətlərin, sektorların qələbəni təmin etmək istiqamətində çalışması lazım gəldiyini qeyd edib.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan isə partiyasının qrup toplantısında çıxış edərək Suriyaya “Yaxınlaşma, vuraram” mesajını verib: “Təyyarəmiz Suriyanın ərazi sularında deyil, beynəlxalq sularda hücuma məruz qaldığı dəqiqdir və bizim tərəfdən təsdiqlənib. Təyyarəmiz Suriyanın ərazi sularına səhvən və çox qısa bir müddətdə girmişdi. Bu pozuntu faktı dərhal pilotlarımıza bildirilib və onlar da hava sahəsini tərk etmişdilər. Təyyarənin hücuma məruz qaldığı yer və zaman kəsiyinin sərhəd pozuntusu ilə heç bir əlaqəsi yoxdur. Təkbaşına uçan, düşmənçilik məqsədi daşımayan, təhdid etməyən bir kəşfiyyat təyyarəsinin vurulduğu bu hadisədə Türkiyə sonuna qədər haqlıdır”.

Səidə