Əsəd namazı pozdu - Foto

esed-namazi-pozdu-foto
Oxunma sayı: 638

Bəşər Əsəd yenidən gündəmə gəlib. “Qafqazinfo”nun məlumatına görə, bu dəfə Suriya lideri bayram namazındakı hərəkəti ilə diqqəti özünə cəlb edərək sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, Suriya televiziyasının canlı yayınladığı bayram namazı zamanı Əsədin imamdan öncə salam verməsi kameralarda görüntülənib.

Həmin görüntüləri xüsusi olaraq Əl-Ərəbiyyə kanalı nümayiş edib.

Qeyd edək ki, Bəşər Əsəd son dəfə iyulun 4-də Suriya parlamenti barədə danışarkən ictimaiyyət qarşısına çıxmışdı.