“Əsədin Qorbaçov olmasını istədik, Miloşeviç oldu” - Qonşu

esedin-qorbacov-olmasini-istedik-milosevic-oldu-qonsu
Oxunma sayı: 677

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, çıxışında Suriya ilə bağlı məsələlərə toxunan Davudoğlu Bəşər əsədlə 7 saatlıq görüşü zamanı islahatlar məsələsində yol xəritəsi üzərində işlədiklərini, lakin Əsədin verdiyi sözləri yerinə yetirmədiyini bildirib. XİN, həmçinin ikili dialoqun hər hansı bir nəticə verəcəyinə dair ümidinin qalmadığını da vurğulayıb.

Davudoğlu bir vaxtlar Bəşər Əsədlə Türkiyə arasında müsbət əlaqələrin olmasına da diqqət çəkib: “Bəli, doqquz il yaxşı əlaqələrimiz vardı, çünki o zaman Əsəd öz xalqına qarşı savaşmırdı. Biz keçən il Əsədin Suriyanın Qorbaçovu olmasını istədik, amma o, Suriyanın Miloşeviçi olmağı seçdi. Bu problemdir”.


Davudoğlu bununla da Sovet İttifaqında demokratiyaya keçid dövründə dövlət başçısı olan Mixail Qorbaçov və 90-cı illərdə Bosniya Savaşında minlərlə müsəlmanı qətlə yetirən Slobodan Miloşeviçə işarə edib.


Səidə