“Bəşər Əsəd 4 min adam öldürüb”

beser-esed-4-min-adam-oldurub
Oxunma sayı: 639

BMT-nin baş katibi Pan Gi Mun Suriya prezidenti Bəşər Əsədin son televiziya müsahibəsinə sərt reaksiya verib. Bəşər Əsəd həmin müsahibədə BMT-nin Suriyadakı qarşıdurmalarda 4 mindən çox adamın öldürülməsi ilə bağlı məlumatlarının etibarlılığını şübhə altına almışdı.

BMT-nin mənzil-qərargahı baş katib Pan Gi Munun Keniyada səsləndirdiyi bəyanatlarla bağlı məlumat yayıb. Pan Gi Mun bildirib ki, BMT-nin Suriyada, o cümlədən, dünyanın başqa nöqtələrində baş verənlərlə bağlı mövqeyi qərəzsiz, ədalətli, obyektiv və etibarlı əsaslarla, o cümlədən, BMT Nizamnaməsinə uyğun müəyyən edilir.

Pan Gi Mun Suriya prezidentinin ölkədə tökülən qanlara görə məsuliyyət daşımaması ilə bağlı bəyanatına da münasibət bildirib: “Mən inana bilmirəm ki, o, 4 mindən artıq adamı öldürməyib. Etibarlı məlumatlar onu göstərir ki, 4 mindən çox adam hökumət qoşunları tərəfindən öldürülüb”.