Bəşər Əsəd paytaxt küçələrində göründü - Video

beser-esed-paytaxt-kucelerinde-gorundu-video-
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, paytaxtda çəkilən görüntülərdə Bəşər Əsədin həyat yoldaşı ilə mühafizəçiləri olmadan gəzməsi diqqət çəkib.

Videonun nə zaman çəkilməsi bilinməsə də internetə dünən yüklənib. Videoda Əsəd ailəsinin küçədə suriyalıların alqışları ilə qarşılandığı əks olunub.

İdman geyiminə olan Bəşər və Əsma Əsəd vətəndaşları salamladıqdan sonra maşınlarına minərək oradan uzaqlaşıblar.