Bəşər Əsəd sağdır

beser-esed-sagdir
Oxunma sayı: 676

Suriya prezidenti Bəşər Əsədin sağ olmasıyla bağlı Fransanın xarici işlər naziri Loran Fabius da çıxışında bildirib. "İnternet saytlarından biri bu məlumatı yayıb, lakin xəbər təsdiqlənməyib", - Fabius "Europe 1" radiosunun efirindən səsləndirib.

Suriyanın Moskvadakı səfirliyi də Bəşər Əsədin ölüm xəbərinin yalan olduğunu açıqlayıb. "Prezident öz vəzifəsini icra edir. Xəbər yalandır", - deyə səfirliyin əməkdaşlarından biri "RİA Novosti"yə bildirib.

Qeyd edək ki, dünən "Twitter" sosial şəbəkəsində Suriya prezidenti Bəşər Əsədin ölüm xəbəri yayılmışdı. Suriya dövlət başçısının ölüm xəbəri İsrail və Livan mənbələrinə istinadən yayılmışdı.

İddialara əsasən, Bəşər Əsəd əslən iranlı olan mühafizəçisi Mehdi Yakubi adlı şəxs tərəfindən qətlə yetirilib. Hələlik Suriyanın rəsmi dövlət strukturları bu xəbəri nə təsdiq, nə də təkzib edir./ans/