Bəşər Əsəd xalqa qarşı kimyəvi silahdan istifadə edir

beser-esed-xalqa-qarsi-kimyevi-silahdan-istifade-edir
Oxunma sayı: 641

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gün Suriyada ordu qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində aralarında qadın və uşaqların da olduğu 150 nəfər həlak olub. Suriya ordusunda xidmət etməkdən boyun qaçıraraq, Türkiyəyə sığınan generallardan biri “Zaman” qəzetinə açıqlamasında Əsəd rejiminin İrandan göndərilən pilotsuz təyyarələrin köməyi ilə insanların kütləvi yığışdıqları yerləri müəyyən etdiyini, daha sonra isə sözügedən nöqtələrin bombardman edildiyini iddia edib.

Suriyalı zabit ordunun istifadə etdiyi silahların əksəriyyətinin Rusiya və İrandan idxal edildiyini müsahibəsində qeyd edib. Adının açıqlanmasını istəməyən hərbçi rejimin İdlibin Cəbəl və Zaviyə qəsəbələrində dinc xalqa qarşı kimyəvi silahdan da istifadə etdiyini bildirib. Zabit sözügedən bölgənin dağlıq ərazi olduğundan dolayı mühasirəsinin qeyri-mümkün olduğunu, bu səbəbdən ordunun ərazini kimyəvi silahlardan bombardman etdiyini iddia edib.