Bəşər Əsəddən ABŞ-ın müharibə hazırlığına- - Cavab

beser-esedden-abs-in-muharibe-hazirligina-
Oxunma sayı: 1989


Səfər Suriya hökümətinin atəşkəsə razılıq verməsi nəticəsində mümkün olacaq.

Əraziyə baxışa icazə verilsə də, Qərb hökümətləri baş verənlərə şübhə ilə yanaşır.

Eyni zamanda, Suriya prezidenti Bəşər al-Assad deyib ki, ABŞ-ın hər hansı bir hərbi müdaxiləsi uğursuzluqla nəticələnəcək.

O, Rusiya qəzeti "İzvestiya"ya deyib ki, qərb liderləri Suriyanı Qərbin kuklasına çevirə bilməyəcək.

ABŞ bildirib ki,  Suriya qüvvələrinin hücum zamanı  kimyəvi silahdan istifadə etməyinə az şübhə var. Hökümət üsyançıları günahlandırır.

Bir il öncə ABŞ prezidenti Barack Obama bildirib ki, Suriya hökümətinin kimyəvi silah işlətməsi ABŞ üçün "qırmızı xətt"dir, yəni belə hal baş verərsə, ABŞ hərbi fəaliyyətə başlaya bilər.

Avqustun 20-də Suriya müxalifəti hökümətin onlara qarşı kimyəvi silahdan istifadə edildiyini bildirib. Əsəd höküməti isə kimyəvi silahın işlədilməsinə görə müxalifət qüvvələrini ittiham edir./bbcazəri/