Bəşər Əsədin bank hesabları donduruldu

beser-esedin-bank-hesablari-donduruldu
Oxunma sayı: 663

Rəsmi İsveçrə Bəşər Əsədin, ordu rəhbərinin və daxili işlər nazirinin 53 milyon dollarlıq hesablarını dondurub. Məlumatı İsveçrənin iqtisadiyyat üzrə dövlət departamentinin nümayəndəsi yayıb.

Kanadanın xarici işlər naziri Con Berd isə bildirib ki, Suriyaya qarşı daha sərt sanksiyalar tədbiq ediləcək. Qeyd edək ki, bu cür tədbirlər rəsmi Suriyanın ölkədə dava edən zorakılığa son qoyması üçün görülür.

Rusiya yenidən BMT-nin Təhlükəsizlik Şurasına Suriyaya qarşı sanksiya tətbiq edilməsi təklifi ilə çıxış edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin qeyd edib ki, rəsmi Moskva Suriyada hər iki tərəfin zorakılığa son qoymasını təkid edir.

BBC