Bəşər Əsədin əsgərləri meyitləri girov götürür

beser-esedin-esgerleri-meyitleri-girov-goturur
Oxunma sayı: 648

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Suriya Milli Məclisinin (SMM) üzvü Fövzi Zakir Bəşər Əsədə bağlı silahlı milislərin öldürdükləri müxaliflərin meyitlərini qaçırdıqlarını deyib.

SMM üzvü xarici KİV-ə açıqlamasında ötən gün paytaxt Dəməşqin Bərza qəsəbəsində baş verən toqquşmada öldürülən 5 müxalifin meyitinin “Şəbihə” qüvvələri tərəfindən girov götürüldüyünü və müxaliflərin meyitləri geri almaq üçün Suriya ordusunun yüksək rütbəli zabitlərindən birini rejimə təhvil verməli olduqlarını bildirib.

Bu arada Türkiyə mətbuatı Suriyada atəşkəs elan edilməsinə rəğmən zorakılıq hallarının davam etdiyini yazıb. Xəbərlərdə toqquşmalar nəticəsində BMT-nin Suriyadakı müşahidəçi missiyasının üzvlərinə də zərər dəydiyi bildirilib.