Bəşər Əsədin qüvvələri itki verir

beser-esedin-quvveleri-itki-verir
Oxunma sayı: 634

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, bir müddət əvvəl slahlı toqquşmalar nəticəsində 80 əsgərini itirən Suriya ordusunun daha 30 hərbçisi dünən gecə məhv edilib.

Xarici KİV-də dərc olunan xəbərlərdə müxalif Azad Suriya Ordusunun (ASO) BƏƏS rejiminə qarşı keçirdiyi uğurlu əməliyyatlar nəticəsində aralarında bir generalın da olduğu 30 əsgər və zabit öldürülüb. Əsəd rejiminin “Annan planı”na riayət etməməsindən dolayı atəşkəsə son qoyduğunu bəyan edən ASO-nun ölkənin Dəraa, Hums, Hələb və İdlib şəhərlərində ordu qüvvələrinə qəfil zərbələr vurduğunu bildirilib.

ASO-nun açıqlamasında hazırda müxaliflərin bir çox suriyalı əsgəri girov götürdükləri bildirilib.