Əsgərimiz özünü güllələdi

esgerimiz-ozunu-gulleledi
Oxunma sayı: 646

ANS PRESS-in məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Sıravi əsgər Pərvin Tofiq oğlu Babayev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

1993-cü il təvəllüdlü P.Babayev Şərur rayonundan hərbi xidmətə çağırılmışdı.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.