Əsgərlərimiz bir-birini gülləyə tutdu - Yenilənib

esgerlerimiz-bir-birini-gulleye-tutdu-yenilenib
Oxunma sayı: 848

Aldığımız məlumata görə, postda dayanarkən əsgər Alxan Ağarəhimovla 2 əsgər arasında mübahisə olub. Mübahisə Beyləqandan olan 2 əsgərin A.Ağarəhimovu döymələri ilə nəticələnib. Onu döyənlərin əlindən çıxan A.Ağarəhimov avtomata əl atıb. Qarşı tərəf də silahdan istifadə edib. Atışma zamanı əsgərlər ağır yaralanıb. Onlardan 2-nin dünyasını dəyişdiyi bildirilir.

Əsgərlərin bir qədər əvvəl Naftalandakı “N” saylı hərbi hissədən Tərtərdəki hərbi hissəyə aparıldıqları deyilir.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə zəng vurduq. Lakin zənglərimiz cavabsız qaldı.

musavat.com

***

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, dünən axşam Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə silah və sursatla ehtiyatsız davranma nəticəsində əsgərlər Rəşad Məmmədov, Babək Şahlarzadə və Alxan Ağakərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Abdullayev bildirib ki, hazırda onların vəziyyəti kafidir.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma gedir.