“Beşiktaş” ağır zərbə aldı - Video

besiktas-agir-zerbe-aldi
Oxunma sayı: 2131

Türkiyə çempionatında 22-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Beşiktaş” səfərdə “Konyaspor”la qarşılaşıb.

Çempionluq üçün iddialı olan “qara-qartallar” qışda heyətini Yahoviç və Eto ilə gücləndirən “Konyaspor” səfərində xal itirib. İlk hissədə hesabı “Beşiktaş” açsa da, ikinci hissədə “Konyaspor” 1 xalı gərtirən qolu vura bilib.

“Beşiktaş” 2 xalla yanaşı, 2 ulduzu da itirib. Belə ki, Pepe və Taliska sarı vərəqə alaraq növbəti matçda cəzalı vəziyyətə düşüb.

Qeyd edək ki, “ağ-qaralar” növbəti həftə öz meydanında “Fənərbağça”nı qəbul edəcək.

“Konyaspor” – “Beşiktaş” - 1:1

Qollar: Yahoviç, 60 - Hatçinson, 28