“Beşiktaş” Avroliqa ilə vidalaşdı

besiktas-avroliqa-ile-vidalasdi-
Oxunma sayı: 643

Azerisport.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə baş tutub.

Turnirin favoritlərindən biri olan “Manchester United” Avroliqa ilə vidalaşıb. İngiltərə təmsilçisi ev oyununda yenildiyi “Athletic”lə səfərdə də bacarmayıb.

“Udinese” də Avropa Liqasında mübarizəni dayandırıb. İtaliya klubu səfərdə 0:2 hesabı ilə uduzduğu “AZ Alkmaar”ı evdə 2:1 hesabı ilə yensə də, mərhələ adlaya bilməyib.

“Hannover” mərhələni darmadağınla adlayıb. Almaniya klubu “Standard”ı 4 cavabsız qolla yenib. Bu komandalar arasında ilk oyun 1:1 hesabı başa çatmışdı.

“Valencia” isə səfərdə PSV ilə sülh bağlayıb – 1:1. Bu komandalar arasında İspaniyada baş tutan oyunda “yarasalar” 4:2 hesablı qələbə qazanmışdılar.

Türkiyənin Avropadakı tək təmsilçisi “Beşiktaş” turnirlə vidalaşıb. “Qara Qartal” səfərdə 1:3 hesabı ilə yenildiyi “Atletico”ya evdə də uduzub – 0:3. Arda Turan 68 dəqiqə forma geyindiyi oyunda sarı vərəqə alıb və ilk qolun ötürməsini verib.

“Manchester United” kimi, “Manchester City” də çıxışını dayandırıb. Bu komanda səfərdə 0:1 hesabı ilə yenildiyi “Sporting”i evdə 3:2 hesabı ilə udsa da, mərhələ adlaya bilməyib.

Ukraynanın “Metallist” klubu mərhələ keçib. Ukrayna təmsilçisi Yunanıstanda “Olympiakos”u udub – 2:1. Halbuki, bu komandalar arasında ilk oyun yunanların 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

“Schalke” isə “Twente”ni mübarizədən kənarlaşdırıb. Almaniya klubu səfərdə yenildiyi (0:1) hollandları evdə 4:1 hesabı ilə darmadağın edib.

Avropa Liqası
1/8 final (cavab oyunları)
15mart

Athletic (İspaniya) - Manchester United (İngiltərə) - 2:1 (ilk oyun 3:2)
Qollar: Lyorente, 23, Markos, 65 - Runi, 80.

Hannover (Almaniya) - Standard (Belçika) - 4:0 (2:2)
Qollar: Abdellaoue, 4, Kanu, 21-öz qapısına, D.K.Ya, 73, Pinto, 90.

PSV (Hollandiya) – Valencia (İspaniya) - 1:1 (2:4)
Qollar: Toyvonen, 64 - Rami, 47.

Udinese (İtaliya) - AZ Alkmaar (Hollandiya) - 2:1 (0:2)
Qollar: Di Natale, 3-pen; 15 - Falkenburq, 31.
Matçın 65-ci dəqiqəsində qonaqların heyətində Elm penaltidən yararlana bilməyib

Beşiktaş (Türkiyə) - Atletico (İspaniya) - 0:3 (1:3)
Qol: Adrian, 26, Falkao, 83, Salvio, 90.

Manchester City (İngiltərə) - Sporting (Portuqaliya) - 3:2 (0:1)
Qollar: Aquero, 60; 82, Balotelli, 75-pen - Fernandes, 33, Volfsvinkel, 40.

Olympiakos (Yunanıstan) - Metallist (Xarkov, Ukrayna) - 1:2 (1:0)
Qol: Markano, 15 - Villaqra, 81, Deviç, 86.
Matçın 77-ci dəqiqəsində qonaqların heyətində Deviç penaltidən yararlana bilməyib

Schalke (Almaniya) – Twente (Hollandiya) - 4:1 (0:1)
Qollar: Huntelaar, 29; 57-pen; 81, Cons, 73 - Yanssen, 14.