“Beşiktaş” çempionluq şansını qorudu

besiktas-cempionluq-sansini-qorudu
Oxunma sayı: 1892

Türkiyə Superliqasında 32-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Beşiktaş” öz meydanında “Kayserispor”la qarşılaşıb.

“Beşiktaş” rəqibini 2-0 hesabı ilə məğlub etməyi bacarıb. “Ağ-qaralar” bu qələbə sayəsində xalını 65-ə çatdırıb və çempionluq şansını qoruyub.

Hazırda turnir cədvəlinə 69 xala malik “Qalatasaray” başçılıq edir.

“Beşiktaş” - “Kayserispor” - 2:0

Qollar: 31 - Tosiç, 45 - Adriano

Qırmızı vərəqələr: 61 - Tosiç (“Beşiktaş”), 90 - Umut Bulut (“Kayserispor”)