“Beşiktaş” biabırçı hesabla məğlub oldu - Video + Yenilənib

besiktas-biabirci-hesabla-meglub-oldu
Oxunma sayı: 5899

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, qitənin ən nüfuzlu turnirində Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” səfərdə Almaniyanın “Bavariya” klubu ilə qarşılaşır.

Matçın favoriti almanlar hesab edilsə də, “Beşiktaş” səfərdə sürpriz etmək üçün çalışacacaq.

Komandaların heyətləri aşağıdakı kimidir:

“Bavariya” (Almaniya): 26. Sven Ulrayx, 5. Mats Hummels, 17. Jerom Boatenq, 27. David Alaba, 32. Joşua Kimmix, 8. Xavi Martines, 23. Arturo Vidal, 11. Hames Rodriges, 29. Kinqsli Koman, 25. Tomas Müller, 9. Robert Levandovski

Ehtiyat oyunçular: 22. Tom Ştark, 4. Niklas Süle, 13. Rafinya, 24. Sorentin Tolisso, 7. Frank Riberi, 10. Aryen Robben, 2. Sandro Vaqner

Baş məşqçi: Yupp Haynkes

“Beşiktaş” (Türkiyə): 1. Fabri, 21. Domaqoy Vida, 5. Pepe, 88. Caner Erkin, 3. Adriano, 13. Atiba Hatçinson, 12. Qari Medel, 8. Ryan Babel, 7. Rikardo Kuarejma, Anderson Taliska, 30. Vaqner Lav

Ehtiyat oyunçular: 29. Tolqa Zəngin, 6. Duşko Toşiç, 77. Gökhan Gönül, 18. Tolqay Arslan, 10. Oğuzhan Özyakup, 17. Cermeyn Lens, 9. Alvaro Neqredo

Baş məşqçi: Şenol Günəş

“Bavariya” – “Beşiktaş” - 5:0

Qollar: Müller, 43, 66; Koman, 53; Levandovski, 79, 88

Qırmızı vərəqə: Domaqoy Vida, 16

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

“Alyans Arena”, Münhen

***

16-cı dəqiqədə "Beşiktaş"ın futbolçusu Demaqoy Vida rəqib futbolçuya qarşı çox sərt oynayıb və qırmızı vərəqə ilə cəzalandırılıb.

***

43-cü dəqiqədə Tomas Müller "Bavariya"nı hesabda önə keçirən qola imza atdı.

***

İkinci hissəyə sürətli başlayan "Bavariya" qısa zamanda ikinci qolu vurub. 53-cü dəqiqədə Kinqsli Koman hesab arasındakı fərqi 2-yə çatdırıb.

***

66-cı dəqiqədə "Bavariya" daha bir qol vurub. Müller özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

***

79-cu dəqiqədə Levandovski qapıçıdan qayıdan topu təkrar zərbə ilə tora göndərib. Hesab hazırda 4-0-dır.

***

88-ci dəqiqədə Levandovski dubl edərək komandasının 5-ci qolunu vurub.

***

Matçda başqa qol olmayıb və "Bavariya" rəqibini 5-0 hesabı ilə darmadağın edib.