“Beşiktaş” ın keçmiş futbolçusu “Xəzər Lənkəran”da

besiktas-in-kecmis-futbolcusu-xezer-lenkeranda
Oxunma sayı: 647

“Bir sıra ölkələrdə oynayan futbolçularla maraqlanırıq və onlar arasında seçilir. Artıq Gökhanla anlaşdıq. Tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə bağlayacağıq. Həmin vaxt onun detalları bilinəcək” – deyə, Nadirov bildirib.

Güləç “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Bu ildə 14 oyunda formasını geyindiyi aşağı divizion təmsilçisi “Şanlıurfaspor”un heyətində isə meydana çıxmayıb.

Türkiyənin 21 yaşlılardan ibarət yığmasında 6 oyunda 1 qol vuran Gökhanın karyerasındakı uğurlar “Beşiktaş”la olub. Belə ki, hücumçu “Qara Qartallar”la 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə eyni zamanda Türkiyə Superkubokunu qazanıb. Ancaq “Beşiktaş”a Ərtoğrul Sağlamın baş məşqçiliyə gəldiyi vaxtda “Dənizslipor”a 1 illiyə icarəyə verilən futbolçu sonradan klubla problemi üzündən müqaviləsi ləğv edilib.