“Beşiktaş” liderliyə yüksəldi - Video

besiktas-liderliye-yukseldi
Oxunma sayı: 2471

Türkiyə Superliqasında 28-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Beşiktaş” səfərdə “Akhisar”la qarşılaşıb.

“Qartallar” səfərdə üstün oyun nümayiş etdirib və 3 xalı 3 qolla qazanıb. “Beşiktaş” bu qələbə sayəsində xalını “Başakşəhər”l\ə eyniləşdirib (59 xal) və top fərqinə görə liderliyə yüksəlib.

Qeyd edək ki, turun digər oyunları 14, 15 və 16 apreldə keçiriləcək.

“Akhisar” – “Beşiktaş” - 0:3

Qollar: Babel, 3, 48, Neqredo, 20