“Beşiktaş” – “Qalatasaray” oyununun hakimi “Beşiktaş” azarkeşidir? – Foto

besiktas-qalatasaray-oyununun-hakimi-besiktas-azarkesidir-foto
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, baş hakim fotoda “Beşiktaş”ın formasını geyib.
Belə ki, Göçekin 1989-cu ildə “qara qartallar”ın məşqində görüntülənib. Referi ilə bağlı daha bir məqam isə onun əmisi Fethi Göçekin bu il “Beşiktaş” prezidentliyinə namizədlərin siyahısında yer almasıdır. O, Nazmi Kocanın siyahısında ehtiyat namizəd kimi qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Göçekin “Qalatasaray”ın basketbol komandasında da fotosu yayılmışdı. Derbidə “cimbom”a məğlubiyyəti baş hakimin “ayağına yazan” “Beşiktaş”lılar onun “sarı-qırmızılılar”a azarkeşlik etdiyini iddia edirdi.

Ceyhun Əhmədov