“Beşiktaş” “Qarabağ”a şərik oldu

besiktas-qarabaga-serik-oldu
Oxunma sayı: 1831

Dünən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Beşiktaş” “Bavariya”ya 0:5 hesabı ilə uduzub. “Qafqazinfo” xəbər verir ki, matçın 16-cı dəqiqəsində Türkiyə klubunun futbolçusu Damaqoy Vida qırmızı vərəqə alaraq komandaını azlıqda qoyub. 

Bununla da “Beşiktaş” Çempionlar Liqasında “Qarabağ” və Porto ilə qırmızı vərəqələrin sayını eyniləşdirib. Belə ki, İstanbul klubu 3-cü dəfə meydanda azlıqda qalıb. 

Qeyd edək ki, “Qarabağ” da Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyundan 3-nü meydanda azlıqda başa vurmuşdu.