“Beşiktaş” qələbə qazandı deyə bığlarını qırxdırdı

besiktas-qelebe-qazandi-deye-biglarini-qirxdirdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Söner oyundan əvvəl komandanın portuqaliyalı futbolçusu Simao Sabrozaya “Braqa”nı məğlub edə bilməyəcəklərini deyib. Sabroza isə “Qalib gəlsək, bığlarını qırxacaqsan” deyərək onunla mərcləşib. “Qartallar” Portuqaliya təmsilçisini məğlub etdikdən sonra sözünün üstündə duran Soner bığları ilə vidalaşıb.

Qeyd edək ki, “Beşiktaş” Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda səfərdə “Braqa”nı 2:0 hesabı ilə məğlub edib.

Ceyhun Əhmədov