“Beşiktaş” tarix yazdı - Video

“Beşiktaş” tarix yazdı
Oxunma sayı: 2800

Türkiyənin “Beşiktaş” klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda öz meydanında “Portu”nu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, matç qarşılıqlı qollarla 1-1 hesabı ilə başa çatıb.

Beləliklə, xalını 11-ə çatdıran “ağ-qaralar” sona 1 tur qalmış qrup liderliyini təmin edib və 1/8 finala vəsiqə qazanıb.

“Beşiktaş” həm də Türkiyə tarixində Çempionlar Liqasının qrup mərhələsini lider kimi tamamlayan ilk klub olub.

“Beşiktaş” (Türkiyə) - “Portu” (Portuqaliya) - 1:1

Qollar: Talişka, 41 - Felipe, 29









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi