“Beşiktaş”a 1 illik Avropa cəzası

besiktasa-1-illik-avropa-cezasi-
Oxunma sayı: 643

“Qafqazinfo”nun Qol.Az-a istinadən yaydığı xəbərə görə, UEFA İntizam Komitəsinin qərarı ilə İstanbul təmsilçisi bir il müddətinə Avropa kuboklarından kənarlaşdırılıb və klubu 200 min avro məbləğində cərimələyib.

Buna "Beşiktaş"ın UEFA-nın maliyyə ilə bağlı lizensiyalaşdırma şərtlərinə əməl etməməsi səbəb olub.

Məsələ burasındadır ki, “Beşiktaş”ın öz futbolçularına və müxtəlif qurumlara külli miqdarda borcu var. Komandanın əcnəbi futbolçuları pullarını ala bilmədikləri üçün UEFA-ya şikayət ediblər. Hazırda dərin maliyyə böhranı içində olan “Beşiktaş” borclarını ödəyə bilmir.

Avroliqadan kənarlaşdırıldığı üçün “Beşiktaş”ı u yarışda “Eskişehirspor” klubu əvəz edəcək.

"Beşiktaş"ın vitse-prezidenti Levent Ərdoğan qərarla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcəklərini deyib.