“Beşiktaş”dan ikinci transfer

besiktasdan-ikinci-transfer
Oxunma sayı: 1209

Türkiyənin “Beşiktaş” klubu növbəti transferinə hazırlaşır.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Fiorentina”nın müdafiəçisi Vitor Huqonu bir illik icarəyə götürüb. Bu keçid üçün “ağ-qaralar” 300 min avrosundan keçib. Braziliyalı mərkəz müdafiəçisinin illik maaşı 1,7 milyon avro olacaq.
 
28 yaşlı futbolçu yaxın günlərdə İstanbula gəlib, tibbi müayinədən keçəcək.
 
"Fiorentina" Vitor Huqonu 2017-ci ildə "Palmeyras"dan 8 milyon avroya transfer etmişdi.
 
"Beşiktaş" daha öncə Portuqaliyanın "Vitoriya" klubundan ABŞ millisinin yarımmüdafiəçisi Tayler Bondu transfer edib.