“Beşiktaş”dan qələbə, “Fənərbağça”dan biabırçı məğlubiyyət - Video

besiktasdan-qelebe-fenerbagcadan-biabirci-meglubiyyet
Oxunma sayı: 2247

UUEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında Türkiyə təmsilçiləri də oyunlarını keçriiblər.

“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” öz meydanında Norveçin “Sarpsborq” klubunu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

I qrupu

“Beşiktaş” - “Sarpsporq” - 3:1

Qollar: Babel, 51 (1:0), Roko, 69 (2:0), Lens, 82 (3:0), Zachariassen, 90+4 (3:1)

“Akihsarspor” Rusiyanın “Krasnodar” klubu ilə ev matçında məğlub olub. Ruslar 1:0 hesablı qələbəyə seviniblər.

J qrupu

“Akhisarspor” - “Krasnodar” - 0:1

Qol: Klaesson, 26

“Fənərbağça” isə səfərdə biabırçı hesabla uduzub. Belə ki, Xorvatiyanın “Dinamo Zaqreb” klubuna qonaq olan “sarı-lacivərdlilər” meydandan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

D qrupu

“Dinamo” - “Fənərbağça” - 4:1

Qollar: Sunjic, 16 (1:0), Hajroviç, 27 (2:0), Neuştader, 47 (2:1), Hajroviç, 57 (3:1), Olmo, 60 (4:1)