“Beşiktaş”dan səfər qələbəsi - Gecənin nəticələri

“Beşiktaş”dan səfər qələbəsi
Oxunma sayı: 962

Bu gecə Çempionlar Liqasının qrup mərhələsi 1-ci turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, keçirilən 8 matçda qapılara 25 qol vurulub.

Azərbaycanlı futbolsevərləri də yaxından maraqlandıran matç Portuqaliyada baş tutub. Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə “Portu”nu məğlub edib.

“Mançester Siti”, “Real Madrid”, “Şaxtyor” və “Tottenhem” də turnirə qələbə ilə başlayıb.

Nəticələri təqdim edirik:

E qrupu

“Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) - 1:1

Qollar: Bohar, 85 - Səmədov, 59

“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:2

Qollar: Firmino, 21, Salah, 37 - Ben Yedder, 5, Korrea,72

F qrupu

“Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) - 0:4

Qollar: Con Stons, 2, 63, Aquero, 10, Qabriel Jesus, 25

“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) - 2:1

Qollar: Tayson, 15, Ferreyra, 58 - Milik, 72 (pen.)

G qrupu

“Leypsiq” (Almaniya) – “Monako” (Fransa) - 1:1

Qollar: Forsberq, 33 - Tilemans, 34

“Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) - 1:3

Qollar: Tosiç, 21 (öz qapısına) - Taliska, 13, Cenk Tosun, 28, Babel, 88

H qrupu

“Real Madrid” (İspaniya) – APOEL (Kipr) - 3:0

Qollar: Ronaldo, 12, 51 (pen.), Ramos, 61

“Tottenhem” (İngiltərə) – “Borussiya Dortmund” Almaniya) - 3:1

Qol: Son, 4, Keyn, 16, 60 - Yarmolenko, 11


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi