“Beşiktaş”dan sərt qərar - Oyuna çıxmayacaqlar

besiktasdan-sert-qerar
Oxunma sayı: 2281

Xəbər verdiyimiz ki, Türkiyə kubokunun yarımfinal matçında düşən dava səbəbindən yarımçıq dayandırılan “Fənərbağça” - “Beşiktaş” matçının mayın 3-də 57-ci dəqiqədən etibarən davam etdirilməsi planlaşdırılırdı.

“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” bu qərara etiraz olaraq matça çıxmayacağını açıqlayıb.

Klub Türkiyə Futbol Federasiyasının verdiyi qərarı təəccüblə qarşılayıb və qərarı hüquqazidd kimi dəyərləndirib.

Qeyd edək ki, həmin matçda tribunadan atılan yad əşya “Beşiktaş”ın baş məşqçisinin başını yarmış və xəstəxanaya yerləşdirilmişdi.