“Beşiktaş”ın prezidenti “Türkiyə gözəli” ilə sevgilidir - Foto

besiktasin-prezidenti-turkiye-gozeli-ile-sevgilidir
Oxunma sayı: 3405

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Ormanla 1992-ci ildə "Türkiyə gözəli" seçilmiş Özləm Kaymazın sevgili olması təsdiqlənib.

"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, 44 yaşlı model uzun müddətdir eşq yaşadığı 50 yaşlı klub rəhbəri ilə fotosunu sosial şəbəkədə paylaşıb. Cütlük birlikdə Qaradəniz tətilinə çıxıb. 

Xatırladaq ki, Fikrətlə Özləm daha əvvəl aparıcı Esra Erolun ad gününə qatılmış, ancaq sevgili olmaları barədə sualı cavabsız qoymuşdular. 

F.Ormanın adı əvvəllər azərbaycanəsilli ukraynalı model Ülviyyə Alekslə hallanırdı.