“Beşiktaş”ın yeni qapıçısı Tatlıtuğa bənzərliyi ilə gündəmdə - Fotolar

besiktasin-yeni-qapicisi-tatlituga-benzerliyi-ile-gundemde
Oxunma sayı: 3807

“Liverpul”un “Beşiktaş”a transfer olunan qapıçısı Loris Karius aktyor Kıvanç Tatlıtuğa bənzərliyi ilə diqqət çəkib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, ötən gün xüsusi təyyarə ilə Türkiyəyə yollanan Karius hava limanında böyük coşğu ilə qarşılanıb. Jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin diqqətini isə daha çox Lorisin Kıvança əkizi qədər bənzəməsi çəkib.

İzləyicilərdən bəzisi hətta “Kıvança onun özündən daha çox oxşayır” zarafatını da edib.