Əsir düşən əsgərin atası danışdı

esir-dusen-esgerin-atasi-danisdi
Oxunma sayı: 668

Talıb Axundov əvvəllər Sərhəd Qoşunlarında, daha sonra isə Milli Orduda müddətdən artıq xidmət edən oğlunun könüllü olaraq əsir düşməsinə inanmır.

“Mənim 3 oğlum cəbhə bölgəsində qulluq edib. Bir uşağı mən hərbi xidmətdən yayındırmamışam. Dördüncü oğlumu göndərmək istəyirəm ki, getsin cəbhə bölgəsində xidmət etsin, mən bununla qürur duyuram. Bilmirəm bu hadisə necə olub. Allah bilir, bəlkə ona təzyiq olub, bəlkə kimdənsə küsülü olub, bu mənim üçün anlaşılmazlıqdır. Mən oğlumun könüllü olaraq əsir düşməsinə inanmıram. Qalmışam məəttəl”, - deyə Talıb Axundov vurğulayıb.