Əsma Əsəd ərinə “dur” dedi

esma-esed-erine-dur-dedi-
Oxunma sayı: 677

Almaniya və İngiltərənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndələrinin xanımları Huberta fon Voss-Vittiq və Şeyla Lyal Qrant Suriya diktatoru Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə xitabən 4 dəqiqəlik videomüraciət hazırlayıb. Videoda Əsma Əsəddən Suriyada baş verən zorakılıqların dayandırılması üçün prosesə müdaxilə etməsi istənilir.

“Sevgili Əsma, bəzi qadınlar üçün yalnız özləri əhəmiyyətlidir. Bəzi qadınlar üçün əhəmiyyətli olan xalqdır. Bəzi qadınlar imicləri uğrunda mübarizə aparır, bəzi qadınlar həyatda qalmaq üçün”, - deyə müraciət müəllifləri çağırış edir.

Alman diplomatın xanımı Huberta fon Voss-Vittiq Suriya diktatorunun həyat yoldaşına üzünü tutaraq “Axan qanı dayandır, həm də dərhal” deyir.

azadliq.info