Beşotaqlı ev yandı

besotaqli-ev-yandi
Oxunma sayı: 645

Səhər saatlarında Qəbələdə yanğın faktı qeydə alınıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, rayonun Məlikli kəndində vətəndaşa məxsus ümumi sahəsi 163 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 09:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​