“Əsrlərdən bəri bizə sevməyi və sevilməyi öyrədən Bayram” – Təbrik

esrlerden-beri-bize-sevmeyi-ve-sevilmeyi-oyreden-bayram-tebrik
Oxunma sayı: 658

“Əziz həm vətənlərim, hər birinizi Müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza səmimi və ən xoş arzularımı çatdırıram. İnsanlığın və ümumbəşəri dəyərlərin özülünü təşkil edən, insanları sevgiyə, mərhəmətə səsləyən, yardımlaşmaq ənənəsini bizlərə təlqin edən və insanlığın kamilliyə ucalması fəlsəfəsini özündə ehtiva edən Müqəddəs Qurban bayramı İslam dinin insanları hidayətə aparan bir yol olduğunu özündə təcəssüm etdirir. Xalqımızın da illərdən bəri qoruduğu bu ənənə bir dini ayin və mənəvi borc olmaqdan əlavə bizlərə uca yaradana yaxın olmağın şərəfini hiss etdirir. Eyni zamanda Qurbanlıq mərasimi bizlərə xeyirxah əməllərə daim hazır olmağı, qardaşlıq, dostluq naminə əlimizdən gələni əsirgəməməyi aşılayır. Bütün müsəlman dövlətlərində olduğu kimi Qurban Bayramı Azərbaycan Xalqının da həyatında, milli-mənəvi dəyərlər xəzinəsində özünəməxsus yer tutmaqdadır.

Bu böyük bayram, ilahi təntənə münasibəti ilə bütün dünya müsəlmanlarını o cümlədən Azərbaycan xalqını ürəkdən təbrik edir, dünyamıza əbədi sülh və firavanlıq arzu edirəm.

Əzizi bacı və qardaşlarım!

İnsani dəyərlərin maddi dəyərləri üstələdiyi, insanlıq dərsi və nəfs imtahanı olan, əsrlərdən bəri bizə sevməyi və sevilməyi, qarşılıq ummadan əl tutmağı öyrədən, insanpərvərlik kimi ali dəyərləri bizə aşılamış Müqəddəs Qurban bayramı münasibəti ilə hər birinizi bir daha təbrik edir, Allah-Təaladan sizlərə möhkəm can sağlığı, firəvanlıq, ailə səadəti və süfrənizə bol ruzi arzulayıram!”.